TÜRKİYƏ BAKIYA ŞƏHİDLƏRİMİZİN SAYI QƏDƏR ƏSGƏR GÖNDƏRİB! -

TÜRKİYƏ BAKIYA ŞƏHİDLƏRİMİZİN SAYI QƏDƏR ƏSGƏR GÖNDƏRİB! - "Bu, bütün dünyaya mesajdır” + VİDEO

Bakıda Azərbaycan ordusunun Qarabağda qazandığı möhtəşəm zəfəri qeyd etmək üçün hərbi paradın başlamasına az qalır.

Paradda Türkiyə xüsusi təyinatlıları da keçid edəcək və bu qardaş ölkənin Azərbaycana verdiyi dəstəyin simvolik ifadəsidir.

Türkiyə KİV-ləri isə yazır ki, Bakıya paradda iştirak üçün göndərilən hərbi birlik bu ölkə silahlı qüvvələrinin ən elitar birləşməsi-Bolu 2-ci komando tuqayıdır. Bu tuqay 70-ci illərdə Kiprdəki sülhməramlı əməliyyatda, Türkiyənin cənub-şərqində PKK-ya qarşı mübarizədə, İraq və Suriya əməliyyatlarında ən öndə gedib. İndi isə tuqay öz şanlı bayrağı ilə Bakıya gəlib və paradda keçid edəcək.

Bahçeşehir Universitetinin dosenti, təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar deyir ki, Türk millətinin döyüş bayrağının Azərbaycanda dalğalanması millət adına və Azərbaycan adına böyük qürurdur. “Bundan sonra Azərbaycanla Türkiyə arasında ətdən, sümükdən, qandan və candan birlik formalaşdı”,-o deyib.

Abdullah Ağar bildirib ki, Türkiyə silahlı qüvvələrinin ən önəmli birləşmələrindən biri olan Bolu 2-ci komando tuqayının öz döyüş bayrağı ilə parada qatılması olduqca simvolik hadisədir. Onun sözlərinə görə, tuqay bütün şəxsi heyəti ilə birlikdə Bakıya gəlib. Ağar bu addımın Ermənistana verilən önəmli mesaj olduğunu düşünür. 

“Eyni zamanda Türk millətinin qürurunu, mehmetçiyin qürurunu simvolizə edən döyüş bayrağının Bakıda dalğalanması təkcə Ermənistana qarşı deyil, bütün dünyaya verilən son dərəcə önəmli mesajdır”,-Ağar belə düşünür.

Bildirilir ki, Türkiyə komandolarının Bakıya gələn şəxsi heyətinin sayı Azərbaycan ordusunun Qarabağ savaşında verdiyi şəhidlərin sayı ilə eynidir-2783 nəfər! Virtualaz.org xəbər verir ki, bu rəqəm sosial şəbəkələrdə böyük rezonansla qarşılanıb və dəstək qazanıb.

Qeyd edək ki, dünən 200 nəfərdən ibarət bu birlik Azərbaycan paytaxtının mərkəzi küçələrində yürüş edib. Əsgərlər Azərbaycan və Türkiyə hərbiçiləri üçün ortaq olan "Şəhidlər ölməz", Bayraq enməz", "Vətən bölünməz" vətənpərvərlik şüarları səsləndiriblər.

Paytaxt sakinləri türk hərbiçiləri "Allah sizi qorusun!" nidaları ilə alqışlayıblar

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi