“Türkiyə F-35 proqramından 9 milyard dollar itirəcək” – Pentaqon

“Türkiyə F-35 proqramından 9 milyard dollar itirəcək” – Pentaqon 

ABŞ-ın Müdafiə Nazirliyi Türkiyənin F-35 təyyarələrinin yaradılması proqramından çıxarılması ilə əlaqədar maliyyə itkilərini açıqlayıb.

 RİA “Novosti”  xəbər verir ki, bu barədə Birləşmiş Ştatların müdafiə nazirinin müavini Ellen Lord bildirib

Pentaqon rəsmisinin məlumatına görə, Türkiyənin maliyyə itkiləri 9 milyard dollar təşkil edəcək.

“Türkiyə, təəssüf ki, iş yerləri və bəzi iqtisadi imkanlar itirəcək. Bu ölkə F-35 proqramı üzrə kooperasiya proqramı çərçivəsində yönəldilmiş vəsaitdən 9 milyard dollar əskik alacaq”, – deyə o vurğulayıb.

Pentaqon rəsmisinin sözlərinə görə, Türkiyə F-35 üçün 900-dən çox detal istehsal etməli idi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi