Türkiyə Liviyada baza açır – Yeni razılaşma

Türkiyə Liviyada baza açır – Yeni razılaşma 

Türkiyə Liviya Milli Razılıq Hökuməti ilə Tripoli yaxınlığında hərbi bazanın tikilməsi üçün aktiv danışıqlar aparır.

Bu məlumatı “Əl Ərəbiyyə” televiziyası yayıb. Məlumata görə, yeni tikiləcək bazada Türkiyə xüsusi təyinatlı dəstələrinin və Türkiyə Hərbi Dəniz Qüvvələrinin bölmələrinin yerləşdirilməsi nəzərdə tutulub. Bazada, həmçinin, uçuş-eniş zolağının yaradılacağı qeyd edilib.

Liviya Milli Razılıq Hökumətinin Ankara ilə Türkiyə hərbi təyyarələri və pilotsuz uçuş aparatlarının tədarükü məsələsini də müzakirə etdiyi vurğulanıb./axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi