Türkiyə müdafiə sənayesində casuslar həbs olundu

Türkiyə müdafiə sənayesində casuslar həbs olundu 

Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən ölkənin müdafiə sənayesində casusluqda günahlandırılan 19 nəfər saxlanıb. Onların hamısının «Hizmət» («Xidmət») hərəkatı ilə əlaqədə olduğundan şübhələnirlər.

Yerli hakimiyyət bu hərəkatı islam vaizi Fətulla Gülənlə bağlayır və terror şəbəkəsi (FETÖ) adlandırır. Bu barədə martın 31-də «Əhval» analitik-informasiya portalı xəbər verib.

Saxlanılanlar arasında «Turkish Aerospace Industries (TAI)» yerli müdafiə şirkətinin keçmiş əməkdaşları var, onlardan 4-ü nəhəng «Aselsan» müdafiə firmasında işləyib.

Digər şübhəlilər isə dövlətin nəzarəti altında olan təşkilatların, o cümlədən Türkiyə elmi-texniki tədqiqatlar Şurasının («Roketsan» raket istehsalçısı) və hərbi proqram təminatı istehsalçısı «Hayelsan»-ın keçmiş üzvləridir.

Müdafiə sənayesinin keçmiş işçiləri Gülən hərəkatının yüksək məqamlı nümayəndələri ilə stasionar telefon xətti üzrə əlaqədə günahlandırılır. («Anadolu»)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi