Türkiyə nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında olub

Türkiyə nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında olub - FOTOLAR

19 dekabr tarixində sabiq səfir Hasan Yavuz, Strateji Düşüncə İnstitutunun rəhbəri, general Güray Alpar, Türkiyə İqtisad İnstitutunun direktoru Mustafa Latif Emek, Alparslan Türkeş Universitetinin rektoru Mehmet Tümay, Korkut Ata Universitetinin müdiri MYO müdiri Ahmet Kardaşlar, Alparslan Türkeş Universitetinin Texnologiya Mərkəzinin müəllimi Ethem İlhan Şahin Azərbaycan Milli Kitabxanasında olub.

Faktinfo.az-a kitabxanadan verilən məlumatda bildirilir ki,qonaqları Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova salamlayıb, onları kitabxanada görməkdən məmnun olduğunu vurğulayıb. Direktor müavini Milli Kitabxananın tarixi, fondu, kitabxana fondunun elektronlaşdırılması, Milli Kitabxananın həyata keçirdiyi son layihələr haqqında, həmçinin Türkiyə Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıqdan danışıb. Görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin 24 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər haqqında qonaqlara məlumat verilib.

Türkiyənin nümayəndə heyəti burada olmaqdan məmnun olduğunu qeyd edib.

Görüş çərçivəsində qonaqlar “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Humanitar elmlər zalı”, “Tələbə gənclərə xidmət zalı”, “Uşaq şöbəsi və uşaq istirahət otağı”, “Nadir kitablar və kitabxana muzeyi”, “Not nəşrləri və səsyazmaları” şöbəsi ilə tanış olublar.

Sonda qonaqlara “Salam Azərbaycan”, “Heydər Əliyev və Milli Kitabxana” kitabları, “Azərbaycan Milli Kitabxanası” fotoalbomu hədiyyə olunub.

Türkiyə nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında olubTürkiyə nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında olubTürkiyə nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında olubTürkiyə nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında olubTürkiyə nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında olub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi