Türkiyə Səudiyyəni bu məsələdə iflas etdirdi - Çevik

Türkiyə Səudiyyəni bu məsələdə iflas etdirdi - Çevik 

Səudiyyə Ərəbistanı çox çarəsiz vəziyyətdədir. Bu işin tam olaraq ortaya çıxarılması ancaq cinayətkarların Türkiyədə məhkəmə önünə gətirilməsi ilə mümkündür.

Ancaq belə durumda Ər-Riyad vəziyyətdən çıxa bilər.

Bu sözləri Türkiyə prezidentinin baş müşaviri İlnur Çevik bildirib.

Camal Qaşıqçının sadə adam olmadığını deyən Çevik Səudiyyə Ərəbistanının dünyanı aldatmağa çalışmasına heç kəsin inanmadığını vurğulayıb:

"Türkiyə hadisənin üzərinə getdi və əldə etdiklərini dünya ictimaiyyəti ilə bölüşdü və Səudiyyə Ərəbistanı nağılları bir-bir iflas etdi. Yerlə-yeksan oldu".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi