Türkiyə şirkəti özünün “Qarabağ” şöbəsini yaratdı –İşğaldan azad edilmiş ərazilərimzdə fəaliyyət göstərəcək

Türkiyə şirkəti özünün “Qarabağ” şöbəsini yaratdı –İşğaldan azad edilmiş ərazilərimzdə fəaliyyət göstərəcək 

Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etdikcə, həmin ərazilərin minalardan təmizlənməsi və tikinti-quruculuq işlərinin aparılması işi də sürətləndirilib.

Artıq işğaldan azad olnmuş rayon, kənd və qəsəbələrimizə yeni yolların çəkildiyi, dağılmış yolların təmir edildiyi haqda kadrlar yayılıb.

Strateq.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərimizə investisiya cəlbini gücləndirmək və təşviq etmək məqsədiylə Türkiyənin “ARAN Mobiliya, Dekarasyon, İnşaat, Sanayi ve Ticaret Limited” Şirkəti özünün yeni “Qarabağ” şöbəsini yaratdığını elan edib.

Qərar bu gün Şirkətin İstanbulda yerləşən İdarə Heyəti tərəfindən qəbul edilib.

Xatırladaq ki, indiyədək şirkətin Azərbaycanda yalnız “Bakı” şöbəsi fəaliyyət göstərib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi