“Türkiyə şübhəsiz bölgədə çox vacib oyunçudur”

“Türkiyə şübhəsiz bölgədə çox vacib oyunçudur” - Qaribaşvili

“Şübhəsiz ki, Türkiyə bölgədə çox vacib oyunçudur. Türkiyə ilə çox yaxın, dost və qardaş münasibətlərimiz var”.

Report.az-ın  yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində yayımlanan “Üz-üzə” proqramında deyib.

Türkiyəni Gürcüstanın strateji tərəfdaşı adlandıran İ.Qaribaşvili bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərindən də danışıb: “Bizim həm birbaşa, həm də telefonla çoxlu görüşlərimiz və söhbətlərimiz olub. Münasibətlərimiz səmimidir”.

Baş nazir qeyd edib ki, Gürcüstan-Türkiyə münasibətləri qorunub saxlanılmalı, möhkəmləndirilməli və dərinləşdirilməlidir: “Mən bu istiqamətdə əlimdən gələn hər şeyi edirəm və şadam ki, Türkiyə prezidenti də eyni əhvaldadır”.

Hökumət başçısı deyib ki, regionda vasitəçilik olmadan ticari-iqtisadi münasibətləri inkişaf etdirmək, energetika layihələrini reallaşdırmaq mümkün deyil: “Bu istiqamətdə bizim çoxlu ambisiyalı planlarımız var. Hesab edirəm ki, bu gün bu münasibətləri möhkəmləndirmək üçün çox yaxşı şans mövcuddur”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər