“Türkiyə tayfa dövləti deyil!”

“Türkiyə tayfa dövləti deyil!” - Ərdoğandan ABŞ-a mesaj

Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyip Ərdoğan ölkə ərazisində yerləşən iki hərbi-hava bazasının bağlanması barədəki söz-söhbətləri şərh edərkən bildirib ki, bu barədə qərar vermək Ankaranın hüququdur.

«Ehtiac yaranacağı təqdirdə biz, «İncirlik» və «Kürəcik» bazalarını bağlamaq hüquqna malikik. Əgər Türkiyənin əleyhinə sanksiya tətbiq olunarsa, Ankara buna «güzgü əksi» ilə cavab verəcək. Mühümdür ki, Vaşinqton Türkiyə ilə münasibətlərə bərpaolunmaz zərər vura biləcək addımlar atmasın» - deyə, prezident bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə - «tayfa dövləti» yox, 2 min ildən artıq tarixə malik ölkədir.

«Ankara yüksək səviyyəli münasibətlərə layiqdir. İstənilən digər yanaşmaya adekvat cavab veriləcək» - Ərdoğan bəyan edib.

Bu zaman, dövlət başçısı Amerika Birləşmiş Ştatlarını Türkiyənin NATO çərçivəsində strateji həmkarı olduğunu nəzərə almağa çağırıb. 

«Əgər ABŞ tərəfi Türkiyə ilə tarixi dostluq münasibətlərini nəzərə almazsa, o zaman şübhəsiz ki, Ankaranın Vaşinqtona yetərincə cavab imkanları var» - deyə, Ərdoğan xəbərdaplıq edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər