Türkiyə vətəndaşları Ərdoğanı növbəti dəfə hakimiyyətdə saxladılar

Türkiyə vətəndaşları Ərdoğanı növbəti dəfə hakimiyyətdə saxladılar -Türkiyədə ilkin nəticələr açıqlandı

Türkiyədə keçirilən prezident və Parlament seçkilərində yerli vaxtla saat 08:00-da başlayan səsvermə saat 17:00-da başa çatıb Sandıqlar artıq açılıb, səslər sayılmağa başlanıb.

 Yayın yasağı aradan qaldırıldıqdan sonra ilkin nəticələr mətbuatda açıqlanacaq.
Xarici ölkədə yaşayan Türkiyə vətəndaşlarının səsləri Ankara Ticarət Palatası Konqresinə (ATO) gətirilib. Səslərin sayılacağı Ankara Ticarət Palatası Konqresində hazırda 8 minə yaxın görəvli var.
Qeyd edək ki, ölkə xaricində yaşayan Türkiyə vətəndaşları üçün 60 ölkədə 123 seçki təmsilçiliyi yaradılmışdı.
Türkiyədə isə seçicilərin səs verməsi üçün 180 min 65 sandıq qurulub.

Bülletenlərin artıq 92 faizi açılıb.

İlkin nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan 53,27  faiz səs toplayıb. Muharrem İncə 30,45 faiz səs alıb.

Selahettin Demirtaş 7,7  faiz, Meral Akşener 7,5 faiz, , Temel Karamollaoğlu 0,9 faiz, Doğu Perinçek 0,2 faiz səs alıb.

Millət vəkili seçkilərində dəı “Cümhur ittifaqı” 55, 7% (AK Partiya 44,0 %, MHP 11,5%) , “Millət ittifaqı”33% (CHP 26,1 %, İP 9,9%, SP 1,4%), HDP isə 10,2 % səs alıb. Hələlil səslərin, 80%-i sayılıb.

Qeyd edək ki, Türkiyəli ekspertlər artıq nəticələrdə ciddi dəyişilik olmayacağını, Ərdoğanın ilk turda yenidən Prezident seçildiyinin şübhə doğurmadığını bildirirlər. 

Nisbətlər hər dəqiqə dəyişir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi