Türkiyə XİN-in gizli danışıqlarını Oktara Leyla çatdırıb

Türkiyə XİN-in gizli danışıqlarını Oktara Leyla çatdırıb 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Rusiya rəsmiləri ilə apardığı danışıqların təfərrüatı Leyla O. adlı rus əsilli tərcüməçi tərəfindən Adnan Oktara çatdırılıb.

Axar.az xəbər verir ki, bu barədə Adnan Oktarın rəhbərlik etdiyi cinayətkar dəstənin saxlanılan üzvlərinin dindirilməsi nəticəsində məlum olub.

Leyla O. adlı şəxsin Rusiyada yaşadığı və türk nümayəndə heyətlərinin Rusiyaya səfərləri zamanı danışıqlarda tərçüməçi qismində iştirak etdiyi bildirilib.

Faktla bağlı prokurorluq Türkiyə Xarici İşlər Nazirliyinə sorğu ilə müraciət edərək, məlumatın təsdiq və ya təkzib edilməsini, təsdiq edildiyi halda isə tərcüməçi ilə bağlı bütün məlumatların prokurorluğa təqdim edilməsini istəyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi