Türkiyədəki erməni icması Kamal Kılıçdaroğlunu dəstəkləyəcək

Türkiyədəki erməni icması Kamal Kılıçdaroğlunu dəstəkləyəcək 

Türkiyədəki erməni icması prezident seçkilərində öz səsini CHP-nin lideri, “Altılı masa”nın namizədi Kamal Kılıçdaroğluna verəcək.

Bu barədə erməni mediasına açıqlamasında İstanbulda nəşr olunan “Akos” erməni qəzetinin redaktoru Baqrat Estukyan deyib.

Estukyan ümumiyyətlə Türkiyədəki xristianların Ərdoğana səs verməyəcəyini də iddia edib.

O, eyni zamanda, kimin iqtidara gəlməsindən asılı olmayaraq, Türkiyənin Azərbaycana münasibətinin dəyişməyəcəyini bildirib:

“Hazırkı iqtidar kimi, müxalifət də Azərbaycanı qardaş ölkə hesab edir. Ona görə də Kılıçdaroğlu qalib gələrsə, ciddi siyasi dəyişiklik gözləməyə dəyməz”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi