Türkiyədən alınan önlüklər yararsız çıxıb –Standarta uyğunsuzluq

Türkiyədən alınan önlüklər yararsız çıxıb –Standarta uyğunsuzluq 

İngiltərə hökuməti aprel ayında Türkiyədən göndərilən 400 min tibbi önlüyün milli təhlükəsizlik standartlarına uyğun olmadığını bildirib.

“Daily Telegraph” xəbər verir ki, Türkiyədən ümumən 84 ton tibbi avadanlıq satın alınıb. Ancaq Türkiyədən gətirilən önlüklərin İngiltərədəki standartlara uyğun olmadığı aydınlaşıb.

İngiltərə hökumətinin ödənilən rüsumun geri qaytarılmasını tələb edib-etməyəcəyi hələlik məlum deyil.

Koronavirus epidemiyası yayılmağa başlayandan ölkənin səhiyyə işçiləri onlara kifayət qədər şəxsi qoruyucu vasitələr verilmədiyini söyləyirlər. Bu vasitələr koronavirusdan əziyyət çəkən xəstələri müalicə edən səhiyyə işçiləri üçün çox vacibdir. Çünki zəruri mühafizə olmadan tibb işçiləri virusu yoluxma riski altındadır./Strateq.az




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi