Türkiyədən Şimali Kiprə su kəməri çəkildi

Türkiyədən Şimali Kiprə su kəməri çəkildi -Dənizin altından 250 metr dərinlikdən...

Müasir içməli suyun təmizlənməsi və nəqli xətti ilə Şimali Kipri içməli su ilə tamamilə təmin etdik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına su nəqli tunelinin açılışı tədbirində deyib.

O bildirib ki, dünyada misilsiz olan bu layihənin ötürmə xəttindəki nasazlığı ən qısa zamanda həll etdik:

“Bu gün suvarma-ötürmə tunelini açırıq. 30 ildir Şimali Kipr su qıtlığı yaşayırdı. Bu problemi həll etmək üçün Türkiyədən içmək və suvarmaq məqsədilə su nəql edilməsi gündəliyə gəldi. Dənizin altından 250 metr dərinlikdən Türkiyədən Şimali Kiprə xətt çəkilib. Su kəmərinin uzunluğu 5,7 km-dir. Kəmərin tikintisinə 2020-ci il yanvarın 20-də başlanılıb. Bu günə kimi Şimali Kipr əhalisi yeraltı qaynaqlardakı sulardan istifadə edib. Həmin suya dənizin suyu da qarışdığından sakinlər əziyyət çəkirmiş”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər