Türkiyənin böyük gücə çevrilməsi üçün - Açar silah kəşfiyyatdır

Türkiyənin böyük gücə çevrilməsi üçün - Açar silah kəşfiyyatdır 

Türkiyənin kəşfiyyat xidməti Ankaranın «tarixi mübarizəsindən narazı olan» rəqiblərinin zərbələrini öz üzərinə götürən ilk qurumlardan biridir.

Bu barədə prezident Rəcəb Tayyip Ərdoğan Milli Kəşfiyyat Təşkilatının (MİT) Məslək rayon (İstanbul) idarəsinin yeni binasının açılışı zamanı bəyan edib («Anadolu»).

Ərdoğan xatırladıb ki, cari ilin yanvar ayında MİT-in mənzil-qərargahı açılıb və KALE (Qala) adını alıb. Dövlət başçısının sözlərinə görə, informasiya və ondan istifadənin ən effektli silaha çevrildiyi indiki dövrdə casusluqla mübarizə, terrorçuluğun müəyyən olunması və aradan qaldırılması, Türkiyədə xarici kəşfiyyat xidmətlərinin işinin qarşısının alınmasının əhəmiyyəti dəfələrlə artıb. Prezident qeyd edib ki, güclü kəşfiyyat xidmətinə malik olmayan ölkə məhv olmağa məhkumdur.

«Türkiyənin güclü dövlətə çevrilməsi yolunda kəşfiyyat xdməti «açar silah» olub və olacaq» - dövlət başçısı davam edib.

O, bildirib ki, Türkiyənin hər bir təşəbbüsü, hər bir addımı dünya birliyinin diqqətini cəlb edir./AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi