Türkiyənin bu addımına təəssüf edirik - ABŞ

Türkiyənin bu addımına təəssüf edirik - ABŞ 

Türkiyə ABŞ-ın təzyiqlərinə boyun əymir və Rusiyadan alınan S-400 zenit-raket sistemlərindən qurtulmaqdan imtina etmir.

Axar.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin müavini Ellen Lord deyib.

“Biz hələ də öz mövqeyimizdə qalırıq. ABŞ açıq şəkildə deyir ki, F-35-lərlə S-400-lər uyğun gəlmir. Təəssüf ki, Ankara S-400-lərlə bağlı hər hansı bir addım atmaq istəmədi, buna görə də bu işi Türkiyədən çıxarmağa davam edirik”, - Lord bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi