Türkiyənin "görünməz" gücü- "TALAY" PUA-larının üstünlükləri nələrdir? +

Türkiyənin "görünməz" gücü- "TALAY" PUA-larının üstünlükləri nələrdir? + VİDEO

Türkiyənin müdafiə sənayesinin "Solid AERO" şirkəti, IDEF 2025 sərgisində təqdim etdiyi "TALAY" adlı yeni nəsil kamikadze pilotsuz uçuş aparatı (PUA) ilə beynəlxalq medianın diqqətini cəlb edib.

Faktinfo.az Azpolitika.info-ya istinadən xəbər verir ki, Ukraynanın "Defence Express" saytının məlumatına görə, bu kamikadzelər su səthindən cəmi 30 santimetr yüksəkliyində uça bilir və radarlara görünmür. "TALAY"-ın özünəməxsus qanad konstruksiyası ona suya demək olar ki, toxunaraq uçmaq imkanı verir. Yerə bu qədər yaxın uçuş isə radar və digər aşkarlama sistemlərini yanıldır, hava hücumundan müdafiə vasitələrinin hədəfə alma imkanlarını minimuma endirir.

PUA 200 km/saat sürətə çata bilir və üç saat müddətində havada qalır. Uçuş məsafəsi isə 200 km-ə qədərdir və bu məsafədən idarəetmə röle sistemi vasitəsilə həyata keçirilə bilir. Təxminən 60 kiloqram çəkidə olan "TALAY" 30 kiloqramlıq döyüş başlığı daşımaq gücünə sahibdir. Aşağı büdcəli  və asan əldə olunan materiallarla istehsal edilməsi onu həm effektiv, həm də əlverişli bir silah sisteminə çevirir.

Mütəxəssislər bildirirlər ki, "TALAY"-ın bu unikal uçuş qabiliyyəti onu xüsusilə qısa mənzilli hava hücumundan müdafiə sistemlərinə qarşı və kütləvi hücum ssenarilərində ön plana çıxarır.

Məlumata görə, "TALAY"-ın seriyalı istehsalına 2026-cı ilin oktyabrında başlanacaq. İlk partiya isə 2027-ci ilin əvvəllərində Türk donanmasına təhvil veriləcək. Bu yeni PUA-nın Qara dənizdəki dəniz hədəflərinə, xüsusən də liman infrastrukturlarına qarşı əməliyyatlar üçün nəzərdə tutulduğu qeyd edilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi