Türkiyənin Səhiyyə naziri:“Koronavirus pandemiyası ilə bağlı qarşıdakı iki həftə çox önəmlidir”

Türkiyənin Səhiyyə naziri:“Koronavirus pandemiyası ilə bağlı qarşıdakı iki həftə çox önəmlidir” 

“Önümüzdəki iki həftə çox önəmlidir. Bu dövrdə evdə qalmaq, özünütəcrid və sosial məsafə məsələlərinə çox diqqətli olmalıyıq. Bu ərəfədə testlərin də sayını artırırıq”.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ  koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar yaradılan Elmi Qurumun toplantısından sonra keçirilən mətbuat konfransında bu fikirləri bildirib.

Nazir, havalar isindikcə insanların havaya çıxmaq istəyinin artdığını vurğulayaraq, əhalini bir az da səbirli olaraq evdə qalmağa çağırıb.

F.Qoca qarşıdakı iki həftənin nə səbəbə önəmli olacağını isə gələn həftə açıqlayacağını deyib.

Nazir tibb işçilərinə olan təzyiqlərin bu ərəfədə daha çox artdığını vurğulayaraq, Türkiyə millət vəkillərinə də müraciət edib: “Hörmətli millət vəkillərimiz, həkimlərimizin indiyədək məruz qaldığı şiddət və təzyiqlərlə bağlı cəzaların sərt olması cəmiyyətimizin gözləntisidir. Tibb işçilərinə olan təzyiqlərlə bağlı cəza tədbirlərinə aid parlamentə təqdim olunan qanun layihəsinin bir an öncə qüvvəyə minməsini istəyirik”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi