Türkiyənin yeni PUA-sı “Aksungur” nümayiş olundu - VİDEO

Türkiyənin yeni PUA-sı “Aksungur” nümayiş olundu - VİDEO 

Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan pilotsuz uçuş aparatı (İHA) “Aksungur” TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalında nümayiş olunub.

 TUSAŞ İHA Sistemlərinin director köməkçisi Ömər Yıldız bildirib ki, hazırda il sonunadək Türkiyə Silahlı Qüvvələrinə (TSK) vermək üçün 4 “Aksungur” hazırlanır. 50 saatdan çox havada qala bilən “Aksungur” 18 aya hazırlanıb. Ondan hərbi məqsədlə ilk olaraq Hərbi Dəniz Qüvvələri istifadə edəcək.

“Aksungur” uzun müddət havada qala bilir ki, bu da zaman itkisini aradan qaldırır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi