Türkmənistan bu səbəbdən TOGG-dan İMTİNA ETDİ

Türkmənistan bu səbəbdən TOGG-dan İMTİNA ETDİ 

Türkmənistan Türkiyənin təklif etdiyi qırmızı TOGG avtomobilindən imtina edir.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi saytı məlumat yayıb. Saytın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Konyaaltıda TOGG sərgi sahəsinə səfəri zamanı deyib.

Çavuşoğlunun sözlərinə görə, o, ağ rəngli avtomobillər istəyən Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla telefonla danışıb.

“Dedim ki, əlimizdə qırmızı maşınlarımız var, ehtiyacınız varsa, onları indi göndərə bilərik. Ağlar bir aya hazır olacaq, sonra onları sizə göndərərik”, – deyə nazir bildirib.

Türkmənistan ağ elektrik avtomobilləri gözləməyə hazır olduğunu bildirib, çünki ölkədə ağ rəngə tələbat çoxdur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər