TV8 Qərbi Kaspi Universiteti barədə sujet yayımlayıb

TV8 Qərbi Kaspi Universiteti barədə sujet yayımlayıb 

Türkiyənin nüfuzlu TV8 kanalı Qərbi Kaspi Universiteti barədə sujet yayımlayıb.

Faktinfo.az xəbər verir ki,6 dəqiqəlik reportajda rektor, professor Andris Leitas və Biznes Məktəbinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru Könül Hilalla müsahibələr, ayrı-ayrı laboratoriya və mərkəzlərdən görüntülər təqdim olunub.

Sujetdə universitet barədə ətraflı məlumatlar təqdim edilib, həyata keçirilən layihələr, tədbirlər barədə məlumatlar verilib, onun uğurlarından və nəzərdə tutulan layihələrdən bəhs olunub. Qeyd edilib ki, Qərbi Kaspi Universiteti son illərdə tədrisin keyfiyyətinin artırılması yönündə ardıcıl olaraq infrastruktur və proqram yenilənməsi həyata keçirib, müxtəlif istiqamətlər üzrə olduqca maraqlı və əhəmiyyətli layihələr reallaşdırıb. Universitet dünyanın nüfuzlu təhsil ocaqları ilə tələbə və müəllim mübadiləsi proqramları həyata keçirir, nüfuzlu elmi- tədqiqat mərkəzləri ilə birgə müxtəlif elmi araşdırmalarda iştirak edir.

Sujeti bu linkdən izləmək mümkündür:

 https://www.youtube.com/watch?v=rzC8MYd0FYg&fbclid=IwAR1eSiKTgUEjhbRwvJaIDdYjWJ_nTUSqy0c0vwSVu2G7t1fZNNFwro5zSvc

TV8 Qərbi Kaspi Universiteti barədə sujet yayımlayıbTV8 Qərbi Kaspi Universiteti barədə sujet yayımlayıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər