Ucar rayon sakini nazirə müraciət etdi: " kənd təsərrüfatı sahəsinə aidiyyatı olmayan..."

Ucar rayon sakini nazirə müraciət etdi: " kənd təsərrüfatı sahəsinə aidiyyatı olmayan..." 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri cənab Məcnun Məmmədova Ucar rayon Qazyan kənd sakini Seyidov Sadiq Əhməd oğlu tərəfindən müraciət ünvanlanıb.

Faktinfo.az saytına  göndərilən müraciətdə deyilir:

Cənab Nazir !

Sizə bildirirəm ki,Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tabeçiliyində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinin direktoru Zamin Məmmədovun yol verdiyi qanunsuzluq nəticəsində Ucar rayonunda ölüm hadisəsi baş vermişdir. 

“Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tabeçiliyində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinin direktoru Zamin Məmmədov kənd təsərrüfatı sahəsinə aidiyyatı olmayan, saxta diplolmlu qohumu Cavid İsmayılovu (soyad ayrı olsada doğmaca qardaşı oğludur) Ucar rayon Texniki Nəzarətin Təşkili Sektoruna müdir vəzifəsinə təyin etdirmişdir.Həmin vaxt İnam Kərimov Kənd Təsərrüfatı naziri vəzifəsindən çıxmış,SİZ hələ nazir təyin olunmamışdınız.

  Nəticədə Ucar rayon Texniki Nəzarətin Təşkili Sektoruna müdir vəzifəsinə təyin edilmiş, saxta diplomlu Cavid İsmayılov taxıl biçən kombayını texniki baxışdan keçirməməsi səbəbindən 05 iyun 2023-cü il tarixdə təkər partlaması nəticəsində sürücü Yuxarı Şilyan kənd sakini Əhmədov Hakim Hətəm oğlu ölmüşdür. Onu da qeyd etmək istəyirəm ki,Ucar rayon ərazisində bütün kənd təsərrüfatı texnikaları texniki baxışdan keçirilmədən işə cəlb edilib. 

Hörmətli Prezudent cənab İlham Əliyev Respublikada kənd təsərrüfatının inkişafı üçün mütərəqqi sərəncamlar imzalayır.Çox təssüflər olsun ki, Ucar rayonunda həmin sərəncamların əlehinə olaraq yararsız kadr siyasəti aparılıb.Zamin Məmmədov özü kənd təsərrüfatından çox uzaq olan adamdır.Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumudur.Zamin Məmmədov işinin öhdəsindən gələ bilmədiyi kimi onun qardaşı oğlu Cavid İsmayılov da öz işinin öhdəsindən gələ bilmir.

Bir neçə il əvvəl Cavid İsmayılov DSMF-nin Ucar filialına müdir vəzifəsinə təyin olunmaq üçün sənəd təqdim etmiş ancaq diplomunun saxta olması aşkar edildiyi üçün təyinat baş tutmamışdır.

Cənab Nazir!

Sizdən xahiş edirəm müraciətimdə qeyd etdiyim faktları hərtərəfli və obyektiv araşdırıb vəzifəsindən sui-istifadə edənlərə qarşı ciddi tədbir görülməsini təmin edəsiniz.

Ucar rayon sakini nazirə müraciət etdi: " kənd təsərrüfatı sahəsinə aidiyyatı olmayan..."Ucar rayon sakini nazirə müraciət etdi: " kənd təsərrüfatı sahəsinə aidiyyatı olmayan..."
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi