Ucar rayon sakinləri tərəfindən ŞİKAYƏT

Ucar rayon sakinləri tərəfindən ŞİKAYƏT -Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun kürəkəni...

Ucar rayon Mərkəzi Xəstəxanası "Publik Hüquqi Şəxs"in direktoru Zeynal Bayramlının qanunsuz əməllərindən rayon sakinləri əziyyət çəkir.

Faktinfo.az xəbər verir ki,dövlət rəsmilərinə bir nüsxəsi saytın elektron poçtuna göndərilən şikayət məktubunda deyilir: 

Əslən Ağsu rayonundan olan Zeynal Bayramlı keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun kürəkəninin qardaşıdır.Məhz bu səbəbdən Zeynal Bayramlı 2007-ci il tarixdən Ucar rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilib.Bundan sonra Ucar xəstəxanasının  qara günləri başlayıb.Zaman-zaman savadlı həkimlər bezdirilərək öz ərizələri ilə işdən çıxarılıblar.Bu səbəbdən Ucar sakinlərinin əksər hissəsi  müayinə və müalicələr üçün qonşu rayon xəstəxanalarına üz tutmalı olublar.

İcbari tibbi sığorta Ucar xəstəxanasında işləmir müayinə və müalicələr pulludur. Bir oraqnın üçün Ulturasəs müayinə  30 manat,qan analizi 30 manat, rentgen müayinəsi 30 manat və digər müayinələr 30 manat təşkil edir.Buna görə imkansız insanlar çox əziyyət çəkir.O cümlədən, istənilən sağlam şəxs iş yerinə təqdim etmək üçün Ucar xəstəxanasndan  10 gün üçün bülleten almağa 200 manat pul verir.Bunu subut etmək üçün xəstəxanada olan müşahidə kameralarına baxmaq kfayətdir ki, bülletein yazılmış şəxslər həmin günləri xəstəxanaya gəliblər,yoxsa yox.

Stasionar müalicə olunan xəstələrə verilən yeməklər yararsız olduğu üçün evdən gətirilən yeməklərlə qidalanırlar.Ərzaq məhsulları isə baş həkim Zeynal Bayramlı tərəfindən satdırılır.Tibb bacısı, mühafizəçi, xadimə və digər işlərə qəbul olunmaq üçün Zeynal Bayramlıya verilən rüşvətin aşağı qiyməti 5000 manatdan başlayır.Həyat yoldaşı Sona Bayramlının Bakı şəhərində açdığı “Kadr Kursları” Tədris Mərkəzinin satdığı 1 aylıq tibb kursları sertifikatı ilə Zeynal Bayramlı çoxlu sayda savadsız, təcrübəsiz insanları 5000 manat rüşvət alıb işə qəbul edib. Hansı ki, həmin şəxslər bir gündə olsun tibb kurslarında iştirak etməyiblər.

Ucar rayon sakinləri Seyidov Sadiq Əhməd oğlu  Əlaqə tel; 051 544-98-86 

Əliyev Famil Mahmud oğlu

Hüseynov Səməd Şakir oğlu

Kərimova Aytən Nüsrət qızı 

Rəhumov Bahadur Yasin oğlu 

Məmmədova Firuzə Vəli qızı

Cavadova Məsimə Kamil qızı

Eminova Aygün Faiq qızı  


Faktinfo.az saytı qarşı tərəfin mövqeyini öyrənmək üçün elektron qaydada TƏBİB sorğu göndərmiş cavab almamşıdır.

Ucar rayon sakinləri tərəfindən ŞİKAYƏTUcar rayon sakinləri tərəfindən ŞİKAYƏT
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi