Ucar rayon Texniki Nəzarətin Təşkili Sektorunun müdirindən şikayət olundu-

Ucar rayon Texniki Nəzarətin Təşkili Sektorunun müdirindən şikayət olundu- O, taraktor üçün sürücülük vəsiqəsini 322 manata satır

"Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, saxta diplomu olan Cavid İsmayılovu Ucar rayon Texniki Nəzarətin Təşkili Sektoruna müdir vəzifəsinə təyin ediblər".

Dia-az.info bildirir ki, bu ittiham Göyçay rayonu Qaraman kənd sakini Mustafayev Rəvan Aydın oğlu tərəfindən ölkə rəhbərliyinə ünvanlanan müraciətdə yer alıb.
 
Vətəndaş daha sonra qeyd edir: "Ucar rayon Texniki Nəzarətin Təşkili Sektoruna müdir vəzifəsinə təyin edilmiş Cavid İsmayılovun ali məktəb diplomu saxtadır.Buna görə ciddi araşdırma aparıb təsirli tədbir görülməlidir.  Ancaq İnam Kərimovun Kənd Təsərrüfatı naziri vəzifəsindən Ali Məhkəmə sədri vəzifəsinə təyin edildiyi üçün,onun yerinə bir müddət  təyinatın olmamasından sui-istifadə edənlər saxta diplomlu Cavid İsmayılovu Ucar rayon Texniki Nəzarətin Təşkili Sektorunun müdiri vəzifəsinə təyin etdirə biliblər.

Bu cinayət əməlidir ki, buna vəzifəli şəxslər yol veriblər.Cavid Ismayılov öz işinin öhdəsindən gələ bilmir. O, taraktor üçün sürücülük vəsiqəsini 322 manata satır. Hətta buna görə çox adamdan pul alıb qaytarmayıb.
Cavid İsmayılovun yaxın qohumu Zamin Məmmədov Kənd Təsərrüfatı Nazirliyinin "Azəraqrar" Dövlət İstehsalat və Emal Birliyinin tabeçiliyində fəaliyət göstərən Mərkəzi Aran Regional İdarəsinin direktorudur.Onun dəstəyi ilə Cavid İsmayılov saxta diplomu ilə vəzifəyə təyin edilə bilmişdir.  
Mənim bu barədə Baş prokurorluğa etdiyim şikayət araşdırılıb tədbir görülməsi üçün Ucar rayon Prokurorluğuna həvalə edilib.Ancaq araşdırma çox ləng aparılır.
 
Sizdən xahiş edirəm şikayət ərizəmdə qeyd etdiyim faktları tam, hərtərəfli və obyektiv araşdırıb vəzifəsindən sui-istifadə edib qanunsuzluğa yol vermiş vəzifəli şəxslərin barəsində ciddi tədbirlər görəsiniz".

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi