UKRAYNA DESANTI DNEPRİN SOL SAHİLİNƏ KEÇİB – Rusiyanın birinci müdafiə xətti yarılıb

UKRAYNA DESANTI DNEPRİN SOL SAHİLİNƏ KEÇİB – Rusiyanın birinci müdafiə xətti yarılıb 

Ukrayna Silahlı Qüvvələri Dnepr çayının sol sahilinə keçərək, Xerson vilayətinin Kazaçyi Lagerya yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.

AzPolitika.info xəbər verir ki, Ukrayna mətbuatında dərc edilən bu məlumatı Rusiyanın bölgədəki hərbi müxbirləri və “Z-kanalları” da təsdiqləyiblər.

Məlum olub ki, Ukrayna desantı 7 hərbi kater vasitəsilə sürətlə Kazaçyi Lagerya istiqamətində Dnepri keçərək, işğalçı ordunun səngərlərinə doğru irəliləyib. Rusiya kanalları bildirirlər ki, həmin istiqamətdə Rusiyanın müdafiə xəttində səfərbərliyə cəlb olunmuş təcrübəsiz döyüşçülər xidmət çəkir. Bu isə Ukrayna tərəfinin irəliləməsinə şərait yaradıb və onlar Rusiyanın buradakı birinci müdafiə xəttini yara biliblər. Həmin kanallar bildirirlər ki, Kazaçyi Lagerya yaşayış məntəqəsi tamamilə ukraynalıların nəzarətindədir və onlar bu istiqamətdə azı 800 metr irəliləyiblər.

Bu məlumatı Almaniyanın “Bild” nəşrinin bölgədəki müxbiri də təsdiqləyib. O, reportajında bildirib ki, böyük ehtimalla Ukraynanın bu həmləsi kəşfiyyat xarakteri daşıyır və onun uğurlu alınması Rusiyanı ciddi şəkildə narahat edir.

Xerson vilayətinin işğalçı adminstrasiyasının rəhbəri Vladimir Saldo isə bu məlumatı təkzib edib və bildirib ki, Ukrayna desantı sol sahilə keçibsə də, dərhal məhv edilib. Ancaq xatırladaq ki, həmin Saldo Xerson şəhəri azad edilən və işğalçıların oradan qaçdığı son günə qədər Rusiyanın Xersondan çıxmayacağını bəyan edirdi. Lakin sonradan hamıdan əvvəl elə onun özünün qaçdığı məlum oldu.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi