Ukrayna dronları Zaporojyedə yanacaq daşıyan qatarı vurdu

Ukrayna dronları Zaporojyedə yanacaq daşıyan qatarı vurdu 

Ukrayna Müdafiə Qüvvələri işğal olunmuş Zaporojye vilayətinin Urojaynı və Tokmak yaşayış məntəqələri arasındakı ərazidə Rusiya yanacağı ilə dolu dəmiryolu qatarını partladıb.

Bu barədə 19 avqust tarixində İşğalın Öyrənilməsi Mərkəzinin rəhbəri Petr Andruşenko məlumat verib.

Onun sözlərinə görə, qatar relsdən çıxıb və məhv olub. “Gözəl alovlanır. Ukrayna Müdafiə Qüvvələri Zaporojyedə yenidən Rusiya logistikasını sıfırlayır və necə edilməli olduğunu göstərir. Möhtəşəm əməliyyatdır, amma torpaqdan baxanda sadəcə epik görünür, inanın”, – deyə məlumatda bildirilir.

Sonradan o əlavə edib ki, işğal olunmuş Zaporojye vilayəti vasitəsilə Rusiya dəmiryolu əlaqəsi artıq mövcud deyil.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi