Ukrayna kəşfiyyatı: Siyahı hazırdır, məhv ediləcək obyektlər...

Ukrayna kəşfiyyatı: Siyahı hazırdır, məhv ediləcək obyektlər... 

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın məhv edilməsi planlaşdırılan strateji obyektlərinin siyahısını müəyyən edib.

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi, general-mayor Vadim Skibitski deyib.

“Biz Rusiya üçün daha kritik hədəfləri və obyektləri müəyyən edirik. Buraya hərbi obyektlər, raket hazırlanan müdafiə sənayesi kompleksləri, PUA-lar, Rusiya qoşunlarının maddi-texniki təchizatı ilə məşğul obyektlər daxildir. Hədəflərimiz çoxdur. Onların hamısı nömrələnib, iyerarxiyada müəyyən edilib”, - deyə o bildirib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi