“UKRAYNA KRIM KÖRPÜSÜNÜ VURMALIDIR, ƏKS TƏQDİRDƏ...” -

“UKRAYNA KRIM KÖRPÜSÜNÜ VURMALIDIR, ƏKS TƏQDİRDƏ...” - “Moskvanın təhdidləri gurultulu sözlərdir”

Rusiya-Ukrayna müharibəsində Ukrayna Ordusunun əks-hücuma keçməsi və operativ üstünlük əldə etməsi üçün Qərbin lazımi miqdarda silah yollaması ilə yanaşı, Kiyevin düzgün qərarlar verməsindən də çox şey asılıdır.

 Bir çox ukraynalı siyasi və hərbi icmalıçı hesab edir ki, düşmənin Krım körpüsü kimi vacib kommunikasiya obyekti məhv edilməzsə, Ukraynanın müharibədə qələbə qazanması xeyli çətinləşəcək.

AzPolitika.info xəbər verir ki, Ukraynanın “Glavred.info” İnternet potalı “Nəyə görə Ukraynanın Krım körpüsünə və Rusiyanın bu yarımadadakı hərbi bazalarına zərbə vurması lazımdır” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.

Həmin məqaləni təqdim edirik: ”Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Krım körpüsünün vurulacağı təqdirdə Ukraynanın “qiyamət günü” yaşayacağını deyib. Belə bir təəssürat yaranır ki, deyəsən, Medvedev Jirinovskinin yerini tutmağa can atır. Alkoqolizmdən qurtulması üçün bu yaxınlarda bütün Kreml onu müalicə müəssisəsinə yollamışdı. Amma görünür ki, o, ayılıb və indi nüvə düyməsindən və “qiyamət günü”ndən danışmağa başlayıb. Bu, köhnə və bəlli mahnıdır.

Bu gün Rusiya Ukraynaya müəyyən mövqelər üzrə təzyiqi artırmaq üçün hətta cəbhədə gərginliyi istədiyi kimi artıra bilmir. Onlar artıq bir həftədir ki, Donbasda genişmiqyaslı hücuma keçə bilmirlər, Rusiya ordusu yeni ehtiyat qüvvə yığmadan bunu həyata keçirmək imkanında deyil. Bu təhdidlər yalnız gurultulu sözlərdir. Nə vaxt ki, bu təhdidləri Medvedev kimi bir adam söyləyir, o zaman hər şey komediyaya çevrilir.

O ki qaldı Rusiyanın şəhərlərində baş verən “şaqqıltılara” Ukraynanın buna heç bir aidiyyatı yoxdur. Məsələn, aktivistlər Belqorod şəhərinə atılmış raketin haradan uçduğunu avtomobilin videoregistorundakı qeyddən müəyyənləşdirə biliblər. Bəlli olub ki, raket Belqoroda qərbdən yox, şimal-şərqdən uçub.

Ümumiyyətlə, Ukrayna belə şeylərlə məşğul deyil, təsəvvür edin ki, əgər Rusiya Ukraynanın hərbi hissəsinə məxsusluğunu təsdiq edən seriya nömrəsi ilə birlikdə “Toçka U” raketinin qalıqlarını tapsaydı, nə olardı? Onda isterikalı tamaşa qurulardı. Rusiyalılar BMT Təhlükəsizlik Şurasında Ukraynanın təcavüzkarlığını sübut etməyə çalışacaqdılar və deyəcəkdilər ki, Ukrayna ilə siyasi planda hər hansı əlaqə qurmaq olmaz, çünki onlar razılaşmaları pozurlar və sairə...

Yəni, əgər Ukraynanın həqiqətən də Rusiyadakı partlayışlarda əli olsaydı, çox səs-küy yaranardı.

Ancaq Ukrayna tərəfindən Krım körpüsünün vurulması tamamilə legitimdir. ABŞ daxil olmaqla Ukraynanın tərəfdaşları bu məsələdə onu dəstəkləyirlər. Onlar burada problem görmürlər. Axı, Krım Ukrayna ərazisidir, ona görə də Kiyev tam hüquqla zərbə vurulması qərarını verə bilər.

Öz növbəsində Rusiya yaxşı anlayır ki, Ukrayna Ordusuna “Operativ Taktiki Raket”lərin verilməsi yaxın zamanların məsələsidir. Həmin raketlərin peyda olmasıyla Rusiya silahlarının Krım körpüsü ilə daşınmasının dayandırılması Ukraynanın qarşıya qoyacağı başlıca tapşırıqdır.

Hazırkı vəziyyətdə operativ üstünlüyün vacibliyi əsasdır. Əgər Ukrayna oturub əlverişli məqamı gözləsə, ordu çökər və müharibə uduzular. Hərbi məqsədəuyğunluq var, ona görə də elə ilk imkanda zərbə vurmaq gərəkdir, əks təqdirdə ilk zərbəni rəqib vuracaq.

Qeyd etmək lazımdır ki, hərbi məqsədəuyğunluq artıq var. Rusiya Federasiyası Krım körpüsü vasitəsilə texnika, silah, şəxsi heyət, mərmi daşıyır və bunun nəticəsində Ukrayna ordusuna Xerson istiqamətindən hücumlar edilir. Rusiya Ukraynanın cənub-şərqini Krım istiqamətindən hərəkətə keşməklə işğl edib. Ona görə də təkcə bu sadalanan faktlara görə Krımdan gələn “qidalanmanı” dərhal kəsmək lazımdır.

Yerli sakinlər daim məlumat verirlər ki, Krımdan eşalonlarla, kolonlarla texnika cəbhəyə doğru gedir. Məgər ukraynalılar mazoxisdirlər ki, özlərinə çətinliklər yaratsınlar, sonradan isə onun öhdəsindən qəhrəmancasına gəlməyə başlasınlar? Yox, qabaqlayıcı zərbə vurmaq lazımdır, əks təqdirdə biz ukraynalılar qələbə çala bilmərik.

Ukraynanın Krımdakı hərbi bazalara zərbələr endirməsi məqəsədəuyğundur. Çünki rusların cəbhədə peyda olan silahları məhz orada yerləşdirilib. Krımdakı hərbi bazalar yükdaşıma, bərpa-təmir bazası və həmçinin də ehtiyat qüvvələrin hazırlanması mərəkəzi rolunu oynayır.

Hətta, əgər Ukrayna Krımdakı hərbi bazalara zərbələr vurmağa başlasa və bu yarımadanı qaytarmağa çalışsa da, Rusiya Ukrayna ərazisinə nüvə zərbəsi vurmağa cürət etməyəcək. Moskva tərəfindən gələn bütün bu təhdidlər qorxutmaqdan başqa bir şey deyil.

Birincisi, əgər sən zəbt etmək istədiyin ərazini nüvə zibilliyinə çevrirmək istəyirsənsə, onda sonradan onu bir neçə onilliklər istifadə edə bilməyəcəksən. Bu, heç cür məntiqli görünmür.

İkincisi, Ukrayna Rusiya ilə sərhədi olan ölkədir və əgər Rusiya Ukrayna ərazisinə nüvə zərbəsi endirərsə, o zaman radioaktiv yağışın haraya düşəcəyini heç kimi söyləyə bilməz”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər