“UKRAYNA ORDUSU 72 SAATA BU ŞƏHƏRİ ALACAQ” - ABŞ-ın Müharibə Təhqiqat İnstitutu

“UKRAYNA ORDUSU 72 SAATA BU ŞƏHƏRİ ALACAQ” - ABŞ-ın Müharibə Təhqiqat İnstitutu 

“Ukrayna Ordusu böyük ehtimalla növbəti 72 saat ərzində Kupyansk şəhərini azad edəcək və Ukraynanın şərqindəki Rusiya ordusunun təminatını xeyli çətinləşdirəcək”.

Bunu ABŞ-ın Müharibə Təhqiqat İnstitutu(ISW) Ukrayna Ordusunun Xarkov istiqamətindəki son əks-hücum əməliyyatları barədə yaydığı məlumatında bildirib. 

İnstitutun mütəxəssisləri bununla Ukrayna Silahlı Qüvvələrinin Xarkov Vilayətindəki İzyum şəhərində yerləşən rus hərbi qruplaşmasının silah-sursat və canlı qüvvə təminatını tam olmasa da, böyük ölçüdə kəsəcəyini bildiriblər.

Qeyd edək ki, Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç də dünən axşamkı canlı efirində Kupyansk şəhəri istiqamətində Ukrayna Ordusunun önəmli həmlələr etdiyini və tezliklə İzyumdakı rus hərbi qruplaşmasını çox ağır duruma salacağını bildirib. Çünki belədə İzyumdakı 15-20 min nəfərlik qruplaşma demək olar ki, mühasirəyə düşəcək və ərazidəki böyük su anbarına qısılmış vəziyyətdə olacaq.

Xatırladaq ki, ötən gün rəsmi Kiyev Ukrayna Ordusunun Xarkov istiqamətində uğurlu əks-hücum əməliyyatı keçirdiyini və işğal olunmuş ərazilərin azı 50 kilometr dərinliyinədək irəlilədiyini bəyan edib. Rusiya Müdafiə Nazirliyi isə bir neçə gündür ki, ümumiyyətlə, Xarkov istiqamətindəki vəziyyət barədə heç bir açıqlama vermir./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi