Ukrayna ordusu kamikadze dronların genişmiqyaslı qış hücumuna hazırlaşır

Ukrayna ordusu kamikadze dronların genişmiqyaslı qış hücumuna hazırlaşır – GENERAL

Ukrayna ordusu Rusiya Federasiyasının müxtəlif regionlarına kamikadze dronların genişmiqyaslı qış hücumuna hazırlaşır.

AzPolitika.info “İndependent”ə istinadla xəbər verir ki, bunu briqada generalı Sergey Baranov deyib.

Onun sözlərinə görə, bu hücumlar yaxın bir neçə ay ərzində Rusiya üçün “çox ciddi problemlər yaradacaq”. Bundan başqa, müvəqqəti işğal olunmuş Krım da hücuma məruz qalacaq.

General həmçinin qeyd edib ki, Ukrayna əsgərləri bu zərbələrlə işğal olunmuş Krımda və Rusiya şəhərlərində bir çox mühüm hərbi obyektlərin vurulduğu son həftələrin “əhəmiyyətli uğurlarını” möhkəmləndirmək istəyirlər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər