Ukrayna Qara dəniz hövzəsinin bir hissəsini “bağlayıb”

Ukrayna Qara dəniz hövzəsinin bir hissəsini “bağlayıb” 

Ukrayna yanvarın 4-də Odessa rayonunda Qara dəniz hövzəsinin bir hissəsini hərbi təlim keçirmək üçün «bağlayıb».

Bu barədə yanvarın 3-də «Militarist» Teleqram-kanalı xəbər verib.

Bundan əvvəl, dekabrın 27-də xəbər verilmişdi ki, ABŞ hərbi-hava qüvvələrinin Boeinq E-8S kəşfiyyat təyyarəsi Rusiya-Ukrayna sərhədinə yaxınlaşıb.

Hava gəmisinin modifikasiyası döyüş idarəçiliyi və hədəfləri müəyyən etməyi nəzərdə tutur. O, yerüstü hədəfləri izləmək qabiliyyətinə malikdir.

Əvvəllər bu gəmi belə uçuşlar üçün Ukrayna ərazisində tətbiq olunmayıb. Dekabrda Rusiya silahlı qüvvələri Baş qərargah rəisi Valeri Gerasimov xəbər vermişdi ki, ABŞ-ın strateji aviasiyası Rusiyanın şərq sərhədində uçuşların sayını artırıb. O, qeyd edib ki, özəlliklə, amerikalılar qanadlı raketlərin atışını məşq edirlər.

Noyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiya öz sərhədlərində planlaşdırılmamış hərbi təlimlərin keçirilməsindən narahatlıq keçirir.

Prezident qeyd edib ki, Rusiya sərhədinin 20 kilometrliyində bombardmançılar uçublar, onların göyərtəsində yüksək dəqiqlikli silahlar olub, mümkündür ki, həm də nüvə silahı olub.

Bu zaman Rusiya Qara dəniz hövzəsini xarici dövlətlərin hərbi gəmilərinin üzməsi üçün bağlayarkən (24-3 aprel), belə qərar Qərbdə kəskin neqativ qarşılanıb və bəyan olunub ki, Moskva Ukrayna yaxınlığında vəziyyəti gərginləşdirir./AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi