Ukrayna Rusiya artilleriyasını zəiflədir, lakin başqa bir silah növünün təhlükəsi artır -

Ukrayna Rusiya artilleriyasını zəiflədir, lakin başqa bir silah növünün təhlükəsi artır - "Forbes"

Müharibənin ilk dövrlərində Rusiya artilleriyası Kreml üçün əsas üstünlüklərdən biri sayılırdı:

kütləvi atəşlər "od pərdəsi” yaradaraq qoşunların irəliləməsinə şərait yaradırdı. Həmin vaxt Rusiyanın artilleriya qurğularının sayına görə Ukraynanı 10 dəfə üstələdiyi bildirilirdi və Ukrayna prezidenti Volodimir Zelenski müttəfiqlərdən müntəzəm olaraq mərmilər tələb edirdi.


Faktinfo.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Ukrayna Milli Qvardiyasının "Tayfun” PUA bölməsinin komandiri "Maykl” ləqəbli hərbçinin "Forbes”ə bildirdiyinə görə, o vaxtdan bəri vəziyyət xeyli dəyişsə də, artilleriya hələ də mövcuddur, amma əsas təhlükə artıq dronlardan gəlir.


Dronlar Rusiya artilleriyasını necə tapır?


Ukrayna əks-batareya mübarizəsində ciddi uğurlar qazanıb. Atəş açan qurğular, məsələn, ABŞ istehsalı olan AN/TPQ-36 "Firefinder” tipli radarlarla aşkar olunur. Bu radarlar mərmilərin trayektoriyasını izləyərək atış nöqtəsini müəyyənləşdirir. Bundan əlavə, yeni nəsil akustik sensorlar da tətbiq olunur.


"Radar ilkin mərhələdir. O, təxmini ərazini müəyyən edir, dəqiq nöqtəni yox. Bu da çox vaxt 200x200 metrlik sahə deməkdir – dəqiq zərbə üçün çox genişdir”, – deyə hərbçi bildirir. Ona görə də daha sonra real vaxt video ötürən və yüksək keyfiyyətli görüntülər çəkən geniş radiuslu dronlardan istifadə edilir. Bu vasitələr hədəfin dəqiq yerini müəyyənləşdirərək koordinatları ötürür.


Artilleriyanı nə vaxt axtarmaq daha effektlidir?


"Artilleriyanı ən asan atəş açan zaman tapmaq olur – alışma, tüstü, heyətin hərəkəti. Silah ağaclar və ya binalarla bir qədər gizlədilsə belə, siluetindən tanıyırıq. Meşədə isə tırtıl izlərini, torpağın pozulmasını və texnikanın istisini (əgər termal kamera varsa) izləyirik”, – deyə Maykl izah edir.

Koordinatlar təsdiqləndikdən dərhal sonra zərbə endirilməlidir – silah mövqeni dəyişmədən öncə.


Niyə PUA-lar artilleriyadan üstündür?


Əks-batareya atəşi hələ də əhəmiyyətlidir, lakin bir çox hallarda haubitsaları artıq PUA-lar əvəz edir.


"FPV dronlar – istər kvadrokopter, istər planerlər – çox vaxt artilleriyadan daha dəqiq və sürətlidir. Keyfiyyətli dron artilleriya sistemini məhv etmək üçün ən effektiv vasitədir”, – deyə Maykl vurğulayır.


Praktikada dron mərmidən daha yavaş uçur (\~160 km/saat, mərmi isə \~1000 km/saat), lakin hədəfə daha tez çatır, çünki atəşin tənzimlənməsinə ehtiyac qalmır. FPV hədəfə birbaşa uçur və çox zaman ilk cəhddə vurur. Artilleriya isə, xüsusən hədəf hərəkətdədirsə, bir neçə zalp tələb edir.


Əgər artilleriya özüyeriyəndirsə, mərmi gələnə qədər mövqedən çıxıb gedə bilər. Dron isə onu izləyərək hərəkətdəykən də vurmaq gücünə malikdir. Qoşqulu toplarla iş daha çətindir – onlar tək-tək hissələrə: sürgü, nişangah, qoşqu vasitəsi üzrə vurulmalıdır. 


"Əsas məsələ sabit video bağlantıdır. Onsuz operator dronu dəqiq yönəldə bilməz”, – deyə hərbçi izah edir. Bu baxımdan yeni "fiber-dronlar” kömək edir – bu cihazlar çətin şəraitdə də rabitəni itirmir. Zərbədən sonra müşahidə dronu ilə hədəfin məhv edilib-edilmədiyi təsdiqlənir.


Artilleriya dronlara uduzur


"Rusiya artilleriyası hələ də ciddi təhlükə yaradır”, – deyə Maykl bildirir. Bununla belə, ruslar minlərlə kəşfiyyat dronu itirsələr də, hələ də hava məkanında kifayət qədər PUA-ları var.


"Onların \[rusların] kəşfiyyat dronlarında qıtlıq yoxdur. Onlar daim havadadır”, – deyə ukraynalı hərbçi vurğulayır. Ən maraqlısı isə odur ki, Rusiya artilleriyaya malik olsa da, getdikcə FPV-dronlara daha çox güvənməyə başlayır. Hər gün yüzlərlə pilotsuz zərbə həyata keçirilir.


Açıq mənbələrin məlumatına görə, Rusiya 2025-ci ildə 2 milyonadək FPV-dron istehsal etməyi planlaşdırır, artilleriya mərmilərinin sayı isə 3 milyon olacaq. Ukrayna da istehsalı artırır.


Ukraynada müharibəyə dair digər xəbərlər


Bundan əvvəl UNIAN xəbər vermişdi ki, Ukrayna Prezidenti Volodimir Zelenskiyə görə, müharibənin ABŞ-da Donald Trampın bu prezidentlik dövrü ərzində – 2029-cu il yanvarın 20-dək başa çatması arzuolunandır.


"ABŞ-ın təsirinə çox ümid edirəm. Bu, kömək edə biləcək əsas amildir. Sanksiyalar vacibdir. Diplomatiya lazımdır. Təhlükəsizlik də önəmlidir”, – deyə Zelenski vurğulamışdı.


Bundan başqa, ilk dəfə olaraq süni intellekt modullu və uzaq məsafədən idarə edilə bilən kameraya malik "Şahed” dronu aşkar olunub. Bu da onun əl ilə uzaq məsafələrdən yönləndirilməsinə imkan verir.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi