Ukrayna Rusiyanın hərbi gəmisini vurdu

Ukrayna Rusiyanın hərbi gəmisini vurdu – Təcili

Rusiyanın “Admiral Makarov” freqatı Ukraynanın “Neptun” raketi ilə vurulub.

Faktinfo.az Axar.az-a istinadən  xəbər verir ki, bu barədə ukraynalı deputat Aleksey Qonçarenko məlumat yayıb.

Ukrayna Müdafiə Nazirliyi məlumatı təsdiqləməsə də, bu gün Rusiyanın itkiləri ilə bağlı gündəlik hesabatında vurulan gəmilərin sayının 11 olduğunu qeyd edib. İndiyə kimi bu rəqəm 10 idi.

Ukraynanın "Dumskaya" nəşri Zmeynaya adası yaxınlığında Rusiyaya aid hərbi gəminin yandığını yazıb. Məlumata görə, yanğın gəmidəki "Burevestnik" tipli raketin partlaması nəticəsində baş verib.

"Rusiya təyyarələri indi Qara dənizin bu ərazisində dövrə vurur, Krımdan gəmiyə kömək üçün xilasedici gəmilər çıxıb", - nəşr bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi