
Ukrayna Ufa Neft zavodunu da vurdu
Rusiyanın Ufa şəhərində (Başqırdıstan Respublikası) neft emalı zavodunun ərazisində bir sıra partlayışlar və yanğın baş verib.
Sosial mediada Ukraynanın PUA hücumundan sonra zavod ərazisində başlayan yanğınla bağlı məlumat və videolar yayımlanıb.
Yerli monitorinq kanalları bildirir ki, PUA hücumu ilə Ufada yerləşən üç neft emalı zavodundan ikisi vurulub.
Ufadakı neft emalı kompleksi Ukrayna sərhədindən təxminən 1400 kilometr məsafədə yerləşir. O, Rusiyanın ən böyük, ən vacib neft emalı mərkəzlərindən biri hesab olunur və ölkənin yanacaq təchizatında mühüm rol oynayır.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Başqırdıstan Respublikasında dron həyəcanı elan edildiyini bildirib.
Bundan əlavə, Ufadakı hava limanı bağlanıb. Rosaviasiyanın məlumatına görə, hava limanı "təhlükəsizlik səbəbi ilə" bütün gələn və gedən uçuşları dayandırıb. Müvəqqəti məhdudiyyətlər Buqulma, Kazan, Nijnekamsk, Orenburq və Samara hava limanlarında da qüvvədədir. Ufada mobil telefon və internet xidmətində kəsintilər var./Azpolitika.info












Bu xəbər üçün şərh yazın