Ukraynada hərbi təyyarə qəzaya uğradı: 22 ölü - Video

Ukraynada hərbi təyyarə qəzaya uğradı: 22 ölü - Video 

Ukraynanın Xarkov vilayəti yaxınlığında təyyarə qəzaya düşüb.

Bu barədə “Strana” saytı məlumat yayıb.

“Xarkov vilayətinin Çuquyeva rayonu yaxınlığında təyyarə qəzaya uğrayıb. Ehtimal olunur ki, qəzaya uğrayan An-26 hərbi-nəqliyyat təyyarəsidir”, - məlumatda qeyd olunub.

***

Ukrayna Hərbi Hava Qüvvələri komandanlığı qəzaya uğrayan təyyarənin An-26 olduğunu təsdiq edib.

Təyyərədə 5 heyət üzvü və 18 kursant olub. Qəza nəticəsində 18 nəfər ölüb, 2 nəfər yaralanıb.

***

Xarkov vilayətində baş verən təyyarə qəzası zamanı ölənlərin sayı 22-yə çatıb. 2 nəfər yaralanıb, 4 nəfər isə itkin düşüb.

Bunu Xarkov vilayət administrasiyasının rəhbəri Aleksey Kuçer deyib.

“Hadisə yerindəyəm. Məlumata görə, təyyarədə 28 nəfər olub. Onlardan 7-si zabit, 21-i isə kursant olub. Yaralılardan birinin vəziyyəti ağırdır. 4 nəfərin aqibəti məlum deyil”, - Kuçer yazıb./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi