Ukraynada Müdafiə Sənayesi Forumu keçiriləcək

Ukraynada Müdafiə Sənayesi Forumu keçiriləcək 

Ukraynada yaxın vaxtda Müdafiə Sənayesi Forumu keçiriləcək.

APA.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski rəsmi "Telegram" kanalında yayımlanan videomüraciətində bildirib.

Zelenskinin sözlərinə görə, belə bir tədbir ilk dəfə keçiriləcək:

"Biz Ukraynada ilk dəfə keçiriləcək Müdafiə Sənayesi Forumuna hazırlaşırıq. Forum payızda baş tutacaq. Tədbirə maraq çox yüksəkdir".

Ukrayna lideri qeyd edib ki, keçiriləcək forum Ukraynanın gücünü və potensialını, özünu müdafiə etmək qabiliyyətini tam əks etdirəcək.

Vladimir Zelenski diqqətə çatdırıb ki, artıq dünyanın 21 ölkəsini təmsil edən 86 aparıcı müdafiə sənayesi şirkəti forumda iştirakını təsdiqləyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi