"Ukraynadakı müharibə 2023-cü ilin sonunadək davam edə bilər"

"Ukraynadakı müharibə 2023-cü ilin sonunadək davam edə bilər" - Boris Conson

Britaniya Baş naziri Boris Conson Ukraynadakı müharibənin 2023-cü ilin sonuna qədər davam edə biləcəyi ilə bağlı "real ehtimalın" olduğunu lakin Prezident Putinin "ukraynalıları çökdürmək" cəhdində müvəffəq olmayacağına deyib.

APA.az xəbər verir ki, bu barədə Britaniya Baş naziri Hindistanda mətbuat konfransında bildirib. Qərb rəsmilərinin Putinin "hələ qalib gəlmək iqtidarında olması" və müharibənin 2023-cü ilin sonuna qədər davam edib-etməməsi ilə bağlı suala cavab verən Boris Conson: “Kədərlisi odur ki, bu, real ehtimaldır", -deyə cavab verib. "Putinin böyük ordusu var. O, çox çətin siyasi mövqedədir, çünki o, böyük səhvə yol verib. İndi onun yeganə variantı ukraynalıları darmadağın etməyə çalışan artilleriyadan istifadə etməyə davam etməkdir".

Vəziyyətin "qeyri-müəyyən" olduğunu deyən Baş nazir "ukraynalıların inanılmaz qəhrəmanlığını və döyüşmək istəyini" yüksək qiymətləndirdiyini deyib. “Vladimir Putin qarşıdakı bir neçə ayda hansısa hərbi üstünlük əldə edə bilsə də o, Ukrayna xalqının ruhunu fəth edə bilməyəcək. Bu, sadəcə müşahidə olunan faktdır. Əksinə, onun hər gün törətdikləri Ukrayna xalqında müqavimət göstərmək istəyini gücləndirir", Boris Conson vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi