Ukraynanın vurduğu rus helikopterlərinin - Videosu

Ukraynanın vurduğu rus helikopterlərinin - Videosu 

Ukrayna Rusiyanın Kiyev vilayəti yaxınlığında vurulan helikopterinin görüntülərini yayıb.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko hazırda xüsusi təyinatlı polis qüvvələrinin helikopterdə olan desantların axtarışına başladığını bildirib.

“Vurulan rus helikopteri Qostomel yaxınlığına düşüb. Desantlar qaçıblar. Xüsusi təyinatlı polis qüvvələri ərazidə axtarışlara başlayıb”, - Geraşenko bildirib.

Qeyd edək ki, bundan öncə Kiyev vilayətinə doğru uçan rus helikopterlərindən 3-nün vurulduğu bildirilmişdi./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər