“Unutmayın, Türkiyə F-35-lərin polad gövdəsini istehsal edir”

“Unutmayın, Türkiyə F-35-lərin polad gövdəsini istehsal edir” – TRAMP

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan 13 noyabr tarixində ABŞ-a səfər edəcək. Hurriyyet.org xəbər verir ki, bu xəbəri ABŞ prezidenti Donald Tramp öz “Tvitter” səhifəsində paylaşıb.

Tramp: “Türkiyə F-35-lərin polad gövdəsini hazırlayır”

Tramp bildirib: “Bir çoxları Türkiyənin ABŞ-ın böyük bir ticarət ortağı olduğunu unudurlar. Türkiyə F-35 təyyarələrinin polad gövdəsini hazırlayır. Eyni zamanda İdlibdə çox sayda həyatın xilas edilməsinə yardım etdilər”.

Donald Tramp amerikalı rahib Endrü Bransonun da evinə sağ-slamat qayıtdığını yada salaraq deyib: “Eyni zamanda xatırlayın, daha da mühüm olanı Türkiyə NATO-nun etibarlı mühüm bir üzvüdür. O, (Ərdoğan) 13 noyabrda qonağım olaraq ABŞ-a gəlir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi