Valideyn komitələri düşüblər valideyinlərin canına ki, 30-40 manatdan verin...

Valideyn komitələri düşüblər valideyinlərin canına ki, 30-40 manatdan verin... - YENƏ BAŞLANDI!

5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb.

1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında "Müəllimlər günü" Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur.

Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib və bu peşə bayramı hər il 5 oktyabrda ölkə ictimaiyyəti tərəfindən qeyd olunur. Xüsusilə, həmin bayram günü şagirdlər və tələbələr öz sevimli müəllimlərini təbrik edirlər. Ölkəmizdə təbriklər isə müxtəlif formada olur. Söz, hədiyyə və pulla...

Bizimyol.info dərs ilinin bir neçə gün əvvəl başlanmasına, müəllimlər günə hələ bir həftə qalmasına baxmayaraq, məktəblərdə artıq pul yığma mexanizmi işə düşüb. Pul yığmaqdan başqa bir işlə məşğul olmayan, müəllimlərə yaxınlığı ilə seçilən valideyn komitələri düşüblər valideyinlərin canına ki, 30-40 manatdan verin. Hələ bu harasıdı. Hətta bəzi müəllimlər artıq elan ediblər ki, sinif adından pul qəbul etməyəcək və hər uşaq ayrı-ayrılıqda “hörmət”ini etsin.

Bunun səbəbi bilirsiniz nədir? Valideynlər sinif halında yığıldıqda 30-40 verəcəkdisə, birbaşa müəlliməyə verəndə məcbur olub daha çox pul verməli olacaq. Həm də hansı uşağın valideyni “hörmət” etməyibsə, bu açıq-aşkar bilinəcək və müəllimlərin uşaqlar arasında ayrı-seçkilik etməsinə gətirib çıxardacaq.

Müəllimlik qədər ali peşəni, bu qədər ucuzlaşdırmağa dəyərmi? Gələcəyimizi yetişdirən müəllimlər uşaqlarımıza bu cürmü örnək olur?

P.S    Artıq  bəzi məktəblərin valdeyin komitələri məktəbdən kənar kol-kos dibində valdeyinlərdən pultoplamağa başlayıblar.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi