“Vaqner” Belarusdan gedir? – Çadırların üçdə biri sökülüb + FOTO

“Vaqner” Belarusdan gedir? – Çadırların üçdə biri sökülüb + FOTO 

Məlum olduğu kimi, ötən gün “Vaqner”-in lideri Yevgeni Priqojin təyyarə qəzasında həlak olub. Priqojinin ölümü “Vaqner” hərbi birləşməsinin gələcək taleyini də şübhə altına salıb.

AzPolitika.info xəbər verir ki, bu gün yayılan peyk görüntülərinə əsasən artıq Belarusda yerləşən “Vaqner” düşərgəsinin ləğvinə başlanılıb.

Yayılan fotoda səhra düşərgəsində qurulan çadırların üçdə birinin söküldüyü məlum olub.

Xatırladaq ki, Rusiyadakı uğursuz üsyandan sonra Priqojinin və bir qrup “Vaqner” hərbçisinin Belarusda məskunlaşdığı bildirilirdi.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi