Vaşinqtondan İsrailə şok – Vəzifədən uzaqlaşdırıldılar

Vaşinqtondan İsrailə şok – Vəzifədən uzaqlaşdırıldılar 

ABŞ Prezidenti Donald Trampın İran və Qəzza mövzusunda İsrail Baş naziri Benyamin Netanyahu ilə yaşadığı fikir ayrılıqları səbəbilə ABŞ administrasiyasında çalışan və İsraili açıq şəkildə dəstəkləyən 3 yüksək vəzifəli şəxsi vəzifədən uzaqlaşdırılıb.

Məlumatı İsrailin nüfuzlu “Yedioth Ahronoth” qəzeti yayıb.

Qəzetin yazdığına görə, ABŞ dövlət katibi Marko Rubio tərəfindən vəzifədən azad edilən şəxslərdən biri İranla aparılan danışıqlarda iştirak etmiş ikili vətəndaşlığı olan Merav Cerendir. Digəri isə Afrika məsələləri üzrə koordinator Erik Treyqerdir. Hər iki şəxs İsrailin güclü tərəfdarı kimi tanınan və Tramp tərəfindən daha əvvəl vəzifədən uzaqlaşdırılmış sabiq Milli Təhlükəsizlik müşaviri Maykl Volts tərəfindən bu vəzifəyə təyin edilmişdi. Üçüncü şəxs isə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin müavini, İsrailin ABŞ-dəkı ən böyük dəstəkçilərindən biri sayılan Morqan Ortaqusdur. Ortaqusun da yaxın zamanda vəzifəsini tərk edəcəyi bildirilir.

Təl-Əviv rəhbərliyi bu addımı Trampın xarici siyasəti tamamilə öz nəzarətinə almaq istəyinin nəticəsi kimi qiymətləndirir. Bildirilir ki, arxa planda Tramp ilə Netanyahu arasında İran və Qəzzadakı vəziyyətlə bağlı ciddi anlaşmazlıqlar var.

Məlumatlarda qeyd edilir ki, ABŞ administrasiyasında İsrail tərəfdarı daha çox şəxsin də vəzifədən uzaqlaşdırılması istisna edilmir. Bu qərarlar, Tramp ilə Netanyahu arasında artan siyasi məsafənin tərkib hissəsi kimi qiymətləndirilir./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi