Venesuelanı yenidən varlı və təhlükəsiz edirəm -

Venesuelanı yenidən varlı və təhlükəsiz edirəm - TRAMP

ABŞ Prezidenti Donald Tramp Venesuelanın yenidən varlı və təhlükəsiz olacağını vəd edib.

Report.az-ın  məlumatına görə, o, bunu "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Venesuela xalqını sevirəm və artıq Venesuelanı yenidən varlı və təhlükəsiz edirəm. Bunu mümkün edən bütün insanlara təşəkkürümü bildirirəm", – Tramp qeyd edib.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesueladakı hərbi obyektlərə aviazərbələr endirib və yerüstü əməliyyat keçirərək ölkə prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin ələ keçirilməsini təmin edib. Onlar ABŞ-yə aparılıb, Maduro narkoterrorizm və kokain qaçaqmalçılığı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.

ABŞ və Venesuelanın müvəqqəti hökuməti diplomatik münasibətlərin bərpası ilə bağlı danışıqlara başlayıblar. Tramp ABŞ-yə Venesuelanın 30–50 milyon barrel neftinin ötürüləcəyini, bunun kompensasiya və qiymətlərin sabitləşdirilməsi məqsədi daşıdığını açıqlayıb. O, gəlirlərin Vaşinqtonun nəzarətində olan hesablara yönəldiləcəyini vurğulayıb.

Amerikalı lider həmçinin ABŞ-nin Venesuelanı, xüsusilə də onun enerji sektorunu uzun illər boyu nəzarətdə saxlamağa niyyətli olduğunu bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi