Vətən müharibəsi qazisi Füzuli rayon sakini Türkiyədə müalicəsini bitirərək vətənə dönüb

Vətən müharibəsi qazisi Füzuli rayon sakini Türkiyədə müalicəsini bitirərək vətənə dönüb - FOTO

Bu gün Vətən müharibəsi qazisi Füzuli rayon Aşağı Yağlavənd kənd sakini Rüstəmli İlkin Elçin oğlu "Yaşat fondu" tərəfindən Türkiyə Respublikasında müalicəsini bitirərək vətənə dönüb.

Faktinfo.az xəbər verir ki,Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaəti, kənd orta məktəbin kollektivi, kənd sakinləri qazimizi təmtəraqla qarşılayıb və qurbanlar kəsilib. İcra başçısı Alı Alıyev çıxış edərək, Ali Baş komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun mənfur düşmənin işğalı altında olan torpaqlarımızı azad ediləmsindən danışdı. Torpaqlarımızın işğaldan azad olunması şəhidlərimizin, qazilərimizin canı, qanı hesabına nail olunmağını xüsusi ilə vurğuladı. 

Qazimiz göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və rayon rəhbərliyinə xüsusi minnatdarlığını bildirdi. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, əsgər və zabitlərimizə isə can sağlığı arzulayırıq. 

Qeyd edək ki,vətən müharibəsi qazimiz Rüstəmli İlkin Elçin oğlu 22 iyul 1999-cu ildə Füzuli rayonu Aşağı Yaglavənd kəndində anadan olub. Hərbi xidmətini Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin XTQ-də keçib və orada yüksək nailiyyətlərlə kurs keçərək kiçik çavuş kimi xidmətini davam etdirmişdir. 44 günlük Vətən müharibəsində Kəlbəcərin azad olunmasında, Cəbrayılın azad olunmasında, Xocavəndin azad olunmasında, Şuşanın azad olunmasında yüksək şücaət göstərmişdir. Oktyabr ayının 22-də Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. Qazimizin "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları və "Rəşadət ordeni" ilə təltif olunmuşdur.

Vətən müharibəsi qazisi Füzuli rayon sakini Türkiyədə müalicəsini bitirərək vətənə dönübVətən müharibəsi qazisi Füzuli rayon sakini Türkiyədə müalicəsini bitirərək vətənə dönübVətən müharibəsi qazisi Füzuli rayon sakini Türkiyədə müalicəsini bitirərək vətənə dönübVətən müharibəsi qazisi Füzuli rayon sakini Türkiyədə müalicəsini bitirərək vətənə dönüb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi