Vətəndaşın əmlakını əlindən kim alıb: yüksək çinli məmur, yoxsa MTK? -

Vətəndaşın əmlakını əlindən kim alıb: yüksək çinli məmur, yoxsa MTK? - QALMAQAL

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2021-ci il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxtektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında əsasənaməyə əsasən,

Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazənin verilməsi, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin icazə verilən Parametrləri barədə müraciətlərə baxılması, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçrilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə üyğunluğunun yoxlanılması, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda parakəndə ticarət obyektlərinin və şəhərsalma kadastrının aparılması Azərbaycan Respublikası Dövlətşəhərsalma və Arxtektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə verilmişdir.

Xəbər verdiyimiz kimi, “Ana Kür” MTK-nın sədri Dövlət Şəhərsalma və Arxtektura Komitəsinin verdiyi icazə sənədindən və ailə başçısının burada olmamasından sui-istifadə edərək, vətəndaşın mağazasını zəbt etmişdir. Daha dəqiq desək, mağaza uçurularaq, yerində yaşayış və qeyri-yaşayış binası tikməyə başlamışdır. Bu haqda Hürriyyət qəzetində dərc olunan materiallardan və internet saytında yayımlanan yazılardan oxucular məlumatlıdır.

Zərərçəkən tərəf bildirir ki, Dövlətşəhərsalma və Arxtektura Komitəsinin “Ana Kür” MTK-ya verdiyi 27.09.2021-ci il tarixli, 92 nömrəli “Obyektin tikintisinə icazə” sənədindən sonra MTK tərəfindən mağazaları zəbt edilmiş, uçurulmuş və yerində yaşayış və qeyri-yaşayış binası tikməyə başlanılmışdır.

Ailə üzvləri bildirir ki, Komitə Prezidentin yuxarıda qeyd etdiyimiz fərmanı ilə onlara verilən səlahiyyətlərdən istifadə edib, tikintiyə icazə verməmişdən əvvəl MTK tərəfindən tikiləcək tikinti obyektinin parametrlərinə baxdıqdan sonra, MTK-ya tikinti məqsədi üçün torpaq sahəsi ayırmışdır.


“Baş verən mövcud olaylar onu göstərir ki, Dövlət Şəhərsalma və Arxtektura Komitəsinin rəhbərliyi “Ana Kür” MTK-ya tikinti məqsədi üçün icazə verərkən mənim mağazamın parametrlərini bilərəkdən “Ana Kür” MTK -ya icazə verdiyi yaşayış və qeyri-yaşayış obyektinin parametrlərinə daxil etmişdir. Komitə MTK tərəfindən tikilən tikintinin şəhərsalma sənədlərinə üyğunluğunu yoxlayarkən, ərazidə mənim mağazamın olmasını nəyə görəsə nəzərə almamışdır”, - deyə zərərçəkən tərəf bildirir.

Zərərçəkən Abdullayev Böyükağa Abdulla oğlu onu da vurğulayır ki, əgər Dövlətşəhərsalma və Arxtektura Komitəsinin rəhbərliyi tikintiyə icazə verməmişdən əvvəl onun parametrlərinə baxdığını iddia edirsə belə, MTK-nın tikdiyi obyektin parametrlərinin onların mağazasının parametirlərinə heç bir aidiyyəti yoxdur: “Komitənin tikintisinə icazə verdiyi obyektin parametrləri ilə mənim mağazamın parametirləri üst-üstə düşməmişdir. MTK-ya tikinti məqsədi üçün ayrılmış torpaq sahəsinin mənim məğazamın torpaq sahəsinə aidiyyəti olmamışdır. Bu cür olduğu halda onda belə çıxır ki, MTK-nın rəhbərliyi mənim mağazamı özbaşına zəbt etmişdir, uçurtmuşdur. Buradan isə anlaşılan odur ki, MTK Komitə tərəfindən verilən rəsmi icazədən kənara çıxmaqla, qanunsuz tikinti aparır. Bu isə heç vaxt həqiqət, reallıq ola bilməz. Çünki indiki vaxtda heç bir tikinti şirkətinin “başı üçün deyil” qanunsuz tikint aparsın.

Belə olan halda isə, cənab Prezidentin məlum Fərmanı ilə müstəsns səlahiyyətlər verilmiş Komitənin rəhbərliyı MTK-nın apardığı qanunsuz tikintintiyə göz yummamalı, dərhal tikintini dayandırmalıdır. Əksinə, 4 aydan artıqdır ki, şikayətlər edirəm. Düşdüyümüz ağır durumdan, situasiyadan tam təfsilatı ilə məlumatlı olan Komitə rəhbərliyi bu günə kimi nə tikintini dayandırır, nə də bizə cavab verir.

Dövlətşəhərsalma və Arxtektura Komitəsinin rəhbərliyi tərəfindən “Ana Kür” MTK-ya verilmiş 27.09.2019-cu il tarixli, 92 nömrəli “Obyektin tikintisinə icazə” Sənədindən sonra bu hadisəni MTK tərəfindən bir ailənin tək mağazasının zəbt edilməsi, uçrulması, əmlak hüququndan məhrum edilməsi kimi başa düşmək sadəlövlukdür.

Bu kimi hadisəni cənab Prezidentə xəyanət kimi başa düşmək lazımdır. Cünki Prezidentin müstəsna səlahiyyətlər verdiyi Komitənin məmurları, səlahiyyətli şəxsləri Prezidentin 19 mart 2021-ci il tarixli 597 nömrəli Fərmanının tələblərini qısa müddətdən sonra kobudcasına pozmuşlar. Yumşaq desək, ayaqları altına atmışlar.

Bu kimi hadisəni Komitə məmurlarının vəzifələrindən sui-istifadə və səlalahiyyətlərinin hüdudlarından kənara çıxmaları kimi başa düşmək lazımdır.

Bu, vətəndaşları cənab Prezidentdən, hakimiyyətdən və dövlətdən narazı samaqdır.

Bu hadisə bir daha onu təsdiq edir ki, Prezidentin Fərmanlarını, Azərbaycan Respublikasının qanunlarını ancaq cənab Prezidentin inandığı və etimad göstərdiyi Dövlət Şəhərsalma və Arxtektura Komitəsinin rəhbərləri kimi vəzifəli şəxslər pozurlar. Bunun da obyektiv və subyektiv səbəbləri barədə dəfələrlə vurğulamışam. Bildirmişdim ki, bu MTK-nın təsisçiləri sabiq Baş prokuror Zakir Qaralovun həmkəndçisi və qohumlarıdır. Hakimiyyətdə olan, sabiq Baş prokuror Zakir Qaralova yaxınlığı ilə seçilən bəzi-bəzi qüvvələr tərəfindən bu gün də himayadarlıqlar edilməsinə baxmayaraq, cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya etdiyimiz müraciətlərdən sonra, hal-hazırda bu məsələ Prezidentin Administrasiyasının rəhbəri, Dövlət Korrupsiya Komissiyasının sədri cənab Samir Nuriyev tərəfindən nəzarətə götrülmüşdür. Korrupsiya Komissiyasının sədri bu barədə Dövlət Şəhərsalma və Arxtektura Komitəsinə və Bakı şəhər İcra Hakimiyyətinə 9 iyul 2021-ci il tarixli, A-3247-5-149 saylı və 27 iyul 2021-ci il tarixli, 22/A- 3247/ 6-149/ 2 saylı nəzarət məktubları göndərmişdir.

Ailəmiz hesab edir ki, Prezidentin məlum Fərmanını, qüvvədə olan qanunların tələblərini, eləcə vəzifə səlahiyyətlərini kobudcasına pozmuş Komitə sədri Anar Quliyevdən və başqalarından fərqli olaraq, Dövlət Korrupsiya Komissiyasının sədri Samir Nuriyev tərəfindən ədalət bərqərar olunacaq və mağazamız özümüzə qaytarılacaqdır”.

Hazırladı: KƏNAN

Redaksiydan: Yazıda adları çəkilən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.az//

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər