Vladimir Zelensky Ukraynanın yeni prezidenti seçildi

Vladimir Zelensky Ukraynanın yeni prezidenti seçildi 

Ukraynanın Mərkəzi Seçki Komissiyası ölkədə keçirilmiş prezident seçkisində səslərin 95,73%-ni hesablayıb.

Hesablamanın yekununa əsasən, namizəd Vladimir Zelensky 73,15% (12973916 səs) ilə liderlik edir.

Onun rəqibi, hazırkı prezidenti Petro Poroşenko isə səslərin 24,52%-ni (4350011 səs) toplayıb.

Eyni zamanda, MSK-nın sədr müavini Yevgeni Radçenko Ukraynanın “1+1″ telekanalına nəticələrin aprelin 30-da açıqlanacağını bildirib.

Radçenko qeyd edib ki, elektron protokollar əsasında seçkilərin ilkin nəticələri iki-üç günə bəlli olacaq. Qanuna əsasən, MSK seçkinin rəsmi nəticələrini 2019-cu il mayın 1-dən gec olmayaraq açıqlamalıdır./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi