“Vosmoy” bazarı bağlanmayacaq-

“Vosmoy” bazarı bağlanmayacaq- Rəsmi

Bakının Nizami rayonunda yerləşən, “Vosmoy” bazarı da adlandırılan “8-ci km Ticarət Mərkəzi”nin taleyinə aydınlıq gətirilib.

Bu barədə İqtisadiyyat.az-a Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev açıqlama verib.

O bildirib ki, bazarın bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

İ.Mehdiyev deyib ki, sadəcə olaraq “8-ci km Ticarət Mərkəzi”nin adı dəyişir  və buna görə də bazar bundan sonra “8-ci km Ticarət Mərkəzi” adı altında fəaliyyət göstərməyəcək.

“Bazar bundan sonra yeni adla fəaliyyət göstərəcək və hazırda yeni adı ilə bağlı məsələlər müzakirə olunur”, - İ.Mehdiyev əlavə edib.

Xatırladaq ki, ötən gün Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində “8-ci km Ticarət Mərkəzi” MMC-nin ləğv olunmasına dair elan yerləşdirilib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi