Vurulan “İL-76”-lar İran PUA-ları daşıyırmış

Vurulan “İL-76”-lar İran PUA-ları daşıyırmış 

Ukrayna PUA-larının Rusiyanın Pskov şəhərində yerləşən hərbi aerodromda məhv etdiyi 4 ədəd “İL-76” təyyarəsi Rusiya ordusu üçün şəxsi heyət və silah-sursat daşıyırdı.

AzPolitika.info xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.

Ukrayna rəsmisi qeyd edib ki, bu təyyarələr həmçinin, Tehrandan Rusiyaya İranın “Şahed” PUA-larını daşıyırmış.

İqnat təəssüflə bildirib ki, Rusiyada “İL-76” təyarələrinin sayı olduqca çoxdur. Bununla yanaşı, onlarla belə təyyarəsi olan Rusiyanın 4 təyyarədən məhrum olması da yaxşı xəbərdir.

Ukraynalı hərbçi həmçinin bildirib ki, aerodromların vurulması nəticəsində Rusiya öz hərbi təyyarələrini ölkənin lap dərinliklərinə çəkməli olub və hazırda Moskva strateji bombardmançılarını Uzaq Şərqdə gizlətmək məcburiyyətindədir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi