Xaçmazda 43 yaşlı kişi intihar edib, Gəncədə isə 19 yaşlı oğlan özünü asıb

Xaçmazda 43 yaşlı kişi intihar edib, Gəncədə isə 19 yaşlı oğlan özünü asıb 

Xaçmaz rayonunda intihar faktı qeydə alınıb.

APA.az-ın  şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ağtala kəndində baş verib. Kənd sakini, 1978-ci il təvvəlüdlü Qeybullayev Oktay Abdulla oğlu kənd qəbirstanlığında özünü ağacdan asaraq intihar edib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.


***

Gəncə şəhərində gənc oğlan intihar edib.

Report.az-ın Qərb Mərkəzinin məlumatına görə, şəhər sakini, 19 yaşlı F.Allahverdiyev yaşadığı evin yataq otağında özünü asaraq intihar edib.

İntiharın səbəbi məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi