Xaçmazın kəndində seçkilərin nəticəsinə etiraz edirlər - FOTO

Xaçmazın kəndində seçkilərin nəticəsinə etiraz edirlər - FOTO 

Bu gün, dekabrın 24-də Xaçmaz rayonunun Niyazoba kəndinin bir qrup sakini etiraz aksiyası keçirib. Onlar dekabrın 23-də kənd üzrə keçirilmiş bələdiyyə seçkilərinin nəticələrindən narazılıq ediblər.

Sakinlərin iddialarına görə, bələdiyyə seçkilərində saxtakarlıq baş verib. Onların vurğulamasına görə, bülleten dolu qutular seçki məntəqəsindən kənara aparılıb, protokollar da məntəqələrdə doldurulmayıb.

Kənd bələdiyyəsinin binası önünə toplaşan 50 nəfər şəxs habelə vurğulayıb ki, onların seçdikləri 4 nəfərin adı seçilmiş sayılan şəxslərin siyahısına daxil edilməyib. Aksiya iştirakçıları onların kəndində bələdiyyə seçkilərinin yenidən keçirilməsini tələb ediblər.

Niyazoba kəndinin də daxil olduğu 56 saylı Xaçmaz kənd seçki dairəsinin sədri Zöhrab Səfərov isə deyir ki, seçkilər normal keçirilib: «Həm də onu deyim ki, seçki saxtakarlıqları ilə bağlı narazı qalan tərəf seçki dairəsinə rəsmi qaydada hər hansı müraciət ünvanlamayıb. Amma səsvermənin nəticələrinin dəyişdirilməsi, saxtakarlıqlara yol verilməsi ilə bağlı deyilənlər əsassızdır». /azadliq.org

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi